“Birinci Kanal” Marina Ovsyannikovanı Britaniya səfirliyi ilə əlaqədə ittiham edib

Dünya

“Birinci Kanal”ın Xəbərlər Departamentinin rəhbəri Kirill Kleymenov “Vremya” verilişinin canlı yayımında Ukraynadakı müharibəyə etiraz edən Marina Ovsyannikovanın hərəkətini xəyanət adlandırıb.

Kleymenov qeyd edib ki, bu, planlaşdırılmış aksiyadır.

“Bizdə olan məlumata görə, aksiyadan əvvəl Marina Ovsyannikova Britaniya səfirliyi ilə danışıb”, – deyə Kleymenov bildirib.

Kleymenov əmin olduğunu bildirib ki, Ovsyannikova hamıya, o cümlədən 20 ilə yaxın birgə işlədiyi insanlara xəyanət edib.

Mənbə: mk.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir