Biləsuvarda keçmiş icra nümayəndəsinin evi yandı

Cəmiyyət

Biləsuvar rayonunda iki evdə yanğın baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 42 kvadratmetr olan Anar Məmmədova məxsus birmərtəbəli evdə yanğın başlayıb.

Daha sonra yanğın İsgəndər Rüstəmova məxsus 180 kvadratmetr olan ikimərtəbəli evə keçib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın nəticəsində A.Məmmədova məxsus ev tamamilə, digər evin 2-ci mərtəbəsi yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, İsgəndər Rüstəmov Biləsuvar rayon Səmədabad kəndinin keçmiş icra nümayəndəsidir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir