Prezident İlham Əliyev “Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”ni təsdiq edib.
Prezident.az xəbər verir ki, bununla bağlı İlham Əliyev müvafiq fərmanı imzalayıb.
Fərmanla “Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiq edilib.
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları”nı dörd ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bundan başqa, sənədlə “Beynəlxalq Humanitar və Texniki Yardım üzrə Respublika Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 9 mart tarixli 164 nömrəli Sərəncamı ləğv edilib.
www.102info.az
