Bayramdan qalan salatı yeyən bir ailənin üç üzvü zəhərləndi

Cəmiyyət

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində baş verib.

1970-ci il təvəllüdlü Ə.Dəmirova, 1990-cı il təvəllüdlü E.Abdullayeva və 1992-ci il təvəllüdlü S.Abdullayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, həmin şəxslər bayramdan qalan salatı yedikdən sonra zəhərləniblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir