Bakının “Şanxay” məhəlləsi – FOTO

Cəmiyyət

Burada hər gün “tak-tak-tak” səsi eşidirilir… Bu səs gələn kimi hər kəs evə yığılır, çünki bu, qatarın yaxınlaşması xəbərdarlığıdır.

Bura Nizamı rayonunun Keşlə qəsəbəsində yerləşən “Şanxay” adlı məhəllədir. 

Məhəllənin adının tarixçəsi var. Bu qəsəbədə Hacı Salman adlı kişi yaşayırmış. Bir dəfə o, Çinin Şanxay şəhərinə gedib. Kişi geri qayıdanda burada yaşayan sakinlər ondan səfər etdiyi yerlərin necə olduğunu soruşublar.

Hacı Salman kişi də qayıdıb ki: “Ora məhəlləmizdən heç də fərqlənmir. Orada da qatarlar evlərin yanından keçir, burada da”.

Beləliklə, sakinlər yaşadıqları məhəlləyə “Şanxay” adı veriblər. O vaxtdan hamı buranı “Şanxay” kimi tanıyır.

“Şanxay” məhəlləsində iki dar küçə var. Bu küçələrin hər iki üzünə sıra ilə evlər tikilib. Evlərin arasında məsafə azdır, üstəlik bu dar-daracağa dəmiryol relsləri də salınıb, burdan tez-tez qatar keçir. Relslər uzandıqca, evlər də uzanır.

FOTO: Kərim Abbasov

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir