Bakının bu küçəsinə niyə taksi gəlmir? – VİDEO

Cəmiyyət

Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir qrup sakini yaşadıqları ərazidə yolun bərbad vəziyyətdə olmasından narazıdır. Deyirlər ki, uzun müdətdir, yolda əsaslı təmir işləri aparılmır. Buna görə də, xüsusilə, yağışlı havalarda vəziyyətləri daha da acınacaqlı olur. 

Söhbət paytaxtın Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 6 adlanan ərazisindən gedir. Sakinlər deyirlər ki, yolun bərbad hala düşməsi, onlara problemlər yaradır.

Sakinlərin sözlərinə görə, öz hesablarına küçədə bir neçə dəfə təmir işləri aparasalar da, yağış yağan kimi yol yenidən sıradan çıxır. Yolun bu vəziyyətdə olması sürücüləri də əlavə xərcə salır.

Binəqədi Rayon İcra Hakimiyyətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, həmin küçə ilə bağlı aidiyyəti quruma müraciət edilib. Ərazidə dövlət proqramı əsasında təmir işləri aparılacaq.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir