Bakıdan Kiyevə 30 ton ərzaq yardımı göndərildi – FOTO

Cəmiyyət

Bakı şəhərindən Kiyev sakinlərinə kömək göndərilib.

Bu barədə 102info.az-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib.

Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin müraciətinə cavab olaraq son günlərdə Ukraynada baş verən hadisələrlə bağlı hərbi əməliyyatlar nəticəsində əziyyət çəkən insanlara kömək məqsədi ilə Bakı şəhər və paytaxt rayonlarının icra hakimiyyətləri, eləcə də şəhər sakinləri tərəfindən toplanılan 30 tondan çox ərzaq və digər zəruri mallardan ibarət humanitar yardım paytaxtımız ilə qardaşlaşmış Kiyev şəhərinin sakinlərinə göndərilib.  

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir