Bakıda şirniyyat mağazasında siçovul gəzir: Araşdırma başladıldı – VİDEO

Cəmiyyət

Bakıda fəaliyyət göstərən kafelərdən birində siçovulun gəzməsini əks etdirən videogörünütlər yayılıb. 

102info.az-ın məlumatına görə, görüntüləri jurnalist Anar Niftəliyev lentə alıb. 

O qeyd edib ki, videonu metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında yerləşən “Kardeşler” şirniyyat mağazasında çəkib. 

Görüntülərdə gəmiricinin şirniyyatlarla dolu olan piştaxtanın üzərindəki tavanda hərəkət etdiyi aydın şəkildə görünür. 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən 102info.az-ın sorğusuna cavab olaraq bildirilib ki, video ilə əlaqədar AQTA tərəfindən araşdırmalar başladılıb:

“Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək. Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir