Bakıda qanunsuz parkinq söküldü – FOTO/VİDEO

Cəmiyyət

Xətai rayonu, Xocalı prospektində yerləşən “Mübarək” şadlıq evinin qarşısında quraşdırılan qanunsuz parkinq sökülüb. 

Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, məsələ ilə bağlı artıq tədbir görülüb.

Ərazidə quraşdırılan dəmir kilidlər sökülüb və plastik arakəsmə qoyulub.

Xatırladaq ki, sosial şəbəkələrdə vətəndaşlar üçün nəzərdə tutulan park yerinin dəmir kilidlərlə zəbt olunması barədə foto yayılmışdı.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir