Bakıda lüks avtomobillə avtoxuliqanlıq edən sürücü həbs olundu – FOTO/VİDEO

Cəmiyyət

Bakıda ardıcıl yol kobud qayda pozuntuları edən və polislərin saxla əmrinə tabe olmayan sürücü inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, paytaxtın Səbail rayonunda “Range Rover” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxıb.

Daha sonra sürücü yol polisinin “Saxla” əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Həmin sürücü Xətai rayonu “Neapol” dairəsi adlanan ərazidə də kobud qayda pozuntusuna yol verərək polisin saxla işarəsinə məhəl qoymayıb. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin sürücünün şəxsiyyəti müəyyənləşdirilib.

Məlum olub ki, sürücü paytaxt sakini Orxan Əyyubovdur və o, saxlanılaraq Polis Şöbəsinə gətirilib. Sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. O.Əyyubov məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir