Bakı Şəhər İcra Hakimiyyətində yüksək vəzifəyə TƏYİNAT

Cəmiyyət

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yeni təyinat olub.

Qaynarinfo-nun məlumatına görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin direktor vəzifəsini Fətiyev Elman Yaşar oğluna həvalə edib.  

Bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduğundan Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin direktoru Ayaz İmaməliyev sözügedən vəzifəyə gətirilib.

Qeyd edək ki, Elman Fətiyev buna qədər Bakı Şəhər Eksperiza Mərkəzinin direktoru vəzifəsində çalışıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir