Bakı-Moskva xəttində ali səviyyəli hərbi təmas: Separatçılar üçün son şans – ŞƏRH

Siyasət

Bakı-Moskva hərbi platforması Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlılarının çıxarılmasını müzakirə edir.

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevlə Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının sülhməramlı fəaliyyət üzrə müavini Aleksey Kimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bu barədə mövqelər səsləndirilib.

Diqqətimizi yönəltməli olduğumuz məqam erməni separatçılarla bağlı diplomatik müstəvidə aparılan müzakirələrin ardınca məsələnin ali səviyyəli hərbi müzakirə predmetinə gətirilməsidir.

Yəni generalların müzakirəsi Azərbaycan-Rusiya və Rusiya-Ermənistan diplomatik trafikində 10 noyabr bəyanatının 4-cü maddəsinin icrası barədə müzakirələrdən sonra baş tutur.

Bu görüşdən doğa biləcək nəticəyə dair iki versiya irəli sürə bilərik:

1. Ya Rusiya sülhməramlıları erməni separatçıları Qarabağdan çıxarmalıdır,

2. Ya Azərbaycanla Rusiya onların hərbi əməliyyatlarla zərərsizləşdirilməsi üçün müzakirələr aparırlar,

3. Ya da Rusiya tərəfi son zamanlar həmin zonada baş verən insidentlərdən nəticə çıxararaq Azərbaycanın tələblərini icra etmək məcburiyyətini dərk edirlər.

Kərim Vəliyev-Aleksey Kim danışıqlarında digər diqqət çəkən məqam budur ki, baş qərargah rəisi ilk dəfədir ki, rusiyalı rəsmi ilə bu cür rəsmi təmaslarda olur – söhbət ictimailəşən məlumatların təhlilindən gedir.

YEKUN: Azərbaycan ərazilərindən erməni separatçıların çıxarılması prosesinin sürətlənməsi, hətta vaxtından əvvəl prosesin başa çatması üçün danışıqlar aparılır.

Bu danışıqlardan çıxan nəticələr təhlil olunaraq Azərbaycan qərar verəcək – ya üçtərəfli bəyanatın ağrısız icrası, ya da hərbi variant.

Qısası Kərim Vəliyev-Aleksey Kim görüşünü separatçılar üçün son seçim şansı hesab etmək olar.

Aqşin Kərimov

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir