Azyaşlı uşaq xəstəxanada öldü: Faktla bağlı araşdırma başladıldı

Cəmiyyət

Gəncə şəhərində 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib. 

Bizim.Media-nın yerli bürosunum məlumatına görə, 2015-ci təvəllüdlü Hacıyev Fuad ağır vəziyyətdə Gəncə şəhər Uşaq xəstəxanasına daxil olub.

Həkimlərin müdaxiləsinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb. 

Xəstəxanadan bildirilib ki, F.Hacıyev tibb müəssisəsinə aqonal vəziyyətdə gətirilib və o, uşaqlıqdan serebral iflic xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir