Azyaşlı futbolçularımızdan böyüklərə dərs: Maltaya qalib gəldilər

İdman

Maltada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) növbəti yoldaşlıq görüşünə çıxıb.

Oxu.Az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində yenidən maltalı yaşıdları ilə qarşılaşıb.

Oyun 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Komandamızın heyətində 24-cü və 45+1-ci dəqiqədə müvafiq olaraq Əşrəf Ələkbərli ilə Nihad Əhmədzadə fərqləniblər.

Qeyd edək ki, bu komandalar arasında martın 25-də keçirilən ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnib.

Xatırladaq ki, martın 26-da Azərbaycanın böyüklərdən ibarət komandası Malta yığmasına 0:1 hesabı ilə uduzub.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir