Azərbaycanlının intiharında təqsirləndirilən vəzifəli şəxs saxlanıldı: HƏBS EDİLƏCƏK

Cəmiyyət

Moskvanın Xoroşevski məhkəməsində işləyən məhkəmə icraçısı Cəmil Axundovun intiharının səbəbi məlum olub.

İntiharla bağlı Cəmil Axundovun şöbə müdiri Yan Poçatkov saxlanılıb. Müstəntiqlər sübut ediblər ki, məhz Poçatkov Cəmil Axundovu intihar həddinə gətirib çatdırıb.

İstintaq materiallarından məlum olub ki, 2018-ci il dekabrın 3-dən 2021-ci il iyulun 9-dək o, dəfələrlə Axundova qarşı alçaldıcı hərəkətlər edib və ona psixi təsirlər göstərib. Poçatkov məhkəmə işçiləri qarşısında bir neçə dəfə Axundova fiziki güc də tətbiq edib.

Artıq Poçatkovun həbs olunması barədə təqdimat verilib.

Mənbə: Kommersant.ru

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir