Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcundan 7 dəfə çoxdur – AÇIQLAMA

İqtisadiyyat

“2021-ci ildə Azərbaycanda makroiqtisadi sabitliyin saxlanılması hökumətin prioritetləri sırasında olub”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2021-ci ildəki fəaliyyəti haqda hesabat barədə danışarkən deyib.

Baş nazir ötən il Azərbaycanda ümumi daxili məhsulun, sənaye məhsullarının istehsalının, qeyri-neft ixracının artdığını bildirib.

Onun sözlərinə əsasən, 2021-ci ildə Azərbaycan xaricdən idxalı əvvəlki illərə nisbətən azaldıb.

“Azərbaycanın strateji valyuta ehtiyatları da artaraq 53 milyard dollar təşkil edib, bu isə xarici dövlət borcundan 7 dəfə çoxdur”, – deyə Baş nazir əlavə edib.

Aqşin Kərimov

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir