Azərbaycanda mənzillərin qiyməti artır – SƏBƏBLƏR + VİDEO

Cəmiyyət

Azərbaycanda son 1 ildə yeni tikilən binalarda mənzillərin qiyməti 17-20 faiz arası bahalaşıb.

Tikinti İstehsalçıları Assosiasiyasının sədri Ramiz İsayev bildirir ki, əvvəl yeni tikililərdə 90 kvadratmetrlik mənzilin qiyməti 100 min manat idisə, indi bu rəqəm 20 min manat artıb. Belə evlərin satışı isə xeyli azalıb. 

Mənzil bazarındakı sürətli bahalaşmanın səbəblərinə gəlincə, Ramiz İsayev deyir ki, adətən bunu inşaat materiallarının qiymətinin artması ilə əlaqələndirirlər. Ancaq bazarı təhlil etdikdə digər əngəllərin qiymətlərə daha çox təsir etdiyini görürük. Onun sözlərinə görə, bahalaşmaya səbəb olan əsas amillərdən biri tikinti normalarına qoyulan tələblərin dəyişməsi, kommunal xidmətlərə dair texniki şərtlərin rüsumlarının çoxluğudur. Eyni zamanda, Bakıda torpaq sahələrinin azalması və pilot layihələrin davam etdirilməməsi də mənzillərin dəyərini artırır.

Xammal çatışmazlığı, ölkəyə bir çox inşaat materialların yalnız idxal olunması da bazara birbaşa təsir edir. Bunun nəticəsidir ki, son 1 ildə bəzi malların qiyməti 50 faiz bahalaşıb.

Mişar daşı və kərpicin qiyməti də 4-9 qəpik arası bahalaşıb.

Bir tərəfdən isə bəzi inşaat işlərinə gündüz saatlarında icazə verilməməsi tikinti şirkətlərinin işini çətinləşdirir.

Qeyd edək ki, hazırda ən ucuz mənzillər Masazır və Xırdalan ərazisində tikilir. Burada evlərin 1 kvadratmetri 800 manatdan satışa çıxarılır. Nəsimi və Yasamal rayonları isə bahalı tikililərin olduğu ərazilər hesab edilir. Bu rayonlarda qiymətlər 1 kvadratmetr üçün 2500 manatdan başlayır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir