Azərbaycanda kişi arvadını maşınla vurdu, sonra bıçaqladı

Cəmiyyət

Goranboy rayonunda kişi həyat yoldaşını bıçaqlayıb.

102info.az-ın məlumatına görə, hadisə rayonun Dəliməmmədli kəndində qeydə alınıb.
Belə ki, rayonun Qızılhacılı kənd sakini, 1977-ci il təvəllüdlü Süleymanov Mehman həyat yoldaşı, 1985-ci il təvəllüdlü Məmmədova Əfsanəni idarə etdiyi “Range Rover” markalı avtomobillə vurub.

Daha sonra isə qadına üç bıçaq zərbəsi yetirib. 

Ə.Məmmədova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

İlhamə Əbülfət

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir