Azərbaycanda kərə yağı adı altında spred yağların satıldığı aşkarlandı

Cəmiyyət

Gəncədə kərə yağı adı altında spred yağların satıldığı aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində fəaliyyət göstərən “Grand Qafqaz” ticarət mərkəzində keçirilən planlı yoxlama zamanı baytarlıq sanitariya ekspertizası olmadan heyvan mənşəli məhsulların, müxtəlif əmtəə nişanı ilə kərə yağı adı altında bitki tərkibli spred yağların satışa çıxarıldığı aşkar olunub.

Həmçinin mal qonşuluğu prinsipinin, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir