Avropa Parlamenti Azərbaycan tərəfinin məktublarını erməni diasporuna sızdırmaqla Avropa İttifaqı ilə Bakı arasında gərginliyə səbəb olub.
Caliber.Az xəbər verir ki, bu barədə Belçikanın Eureporter.co saytı yazır.
Exchange with @bayramov_jeyhun. Welcome Azerbaijan’s provision of humanitarian aid to the people of #Ukraine & readiness to expand gas deliveries to Moldova & south east Europe.
EU remains committed to supporting efforts that could reduce tensions between Azerbaijan and Armenia. pic.twitter.com/ZVmbV5NHPL
— Josep Borrell Fontelles (@JosepBorrellF) March 12, 2022
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Azərbaycanın Ukraynaya humanitar yardımını və ölkəmizin Moldova və Cənub-Şərqi Avropaya qaz tədarükünü artırmaq niyyətini alqışladığı bir vaxtda, Azərbaycanın Aİ-dəki nümayəndəsi və Belçikadakı səfiri Vaqif Sadıqov Avropa Parlamentinin onun məktublarını erməni diasporunun nümayəndələrinə ötürülməsindən məyusluğunu ifadə edib.
UNBELIEVABLE, BUT POSSIBLE: How @Europarl_EN deliberately leaked letters received from AZE ambassador to ARM diaspora. I wonder if other letters addressed to EP on many sensitive issues were similarly passed to lobbyist and pressure groups in and around EPhttps://t.co/vp7lJ1ZpoT
— Vaqif Sadıqov (@VaqifS) March 11, 2022
Azərbaycanın səfiri öz “Twitter” səhifəsində məsələyə münasibət bildirərkən yazıb:
“İnanılmaz olsa da həqiqətən ondan ibarətdir ki, Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını məqsədyönlü şəkildə erməni diasporunun nümayəndələrinə ötürüb. Mən artıq Avropa Parlamentinə ünvanlanan və bir çox həssas məsələlərə toxunan digər məktubların da Avropa Parlamentinə və təşkilata yaxın olan şəxslərə, həmçinin digər lobbi qruplarına sızdırılmasına da təəccüblənmərəm”.
www.102info.az