“Atletiko” minimal hesablı qələbəyə sevindi – VİDEO

İdman

La Liqanın 29-cu turunda Madrid “Atletiko”su səfərdə “Rayo Vallekano”ya qalib gəlib.

Qarşılaşmanın ilk hissəsində qol vurulmayıb.

İkinci hissədə Joao Feliksin ötürməsində Koke topu meydan sahiblərinin qapısından keçirib.

Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Qələbə nəticəsində xallarının sayını 54-ə çatdıran “Atletiko” üçüncü pillədə qərarlaşıb.

Son beş turda cəmi bir heç-heçəsi olan “Rayo Vallekano” isə 13-cü pillənin sahibi olub. 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir