“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında subartezian quyusu istifadəyə verilib

Cəmiyyət

Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təşkili işləri mərhələli şəkildə davam etdirilir.

Hazırda Sənaye Parkının ərazisində mobil şəhərciyinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir, konteynerlər yerləşəcək ərazidə dəmir-beton işləri görülür.

Bu işlərin davamı olaraq, Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin və mobil tipli şəhərciyin su ilə təmin edilməsi məqsədilə 65 kubmetr/saat gücə malik 120 metr dərinliyində subartezian quyusu istifadəyə verilib.

Qeyd edək ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir.

Sənaye Parkının rezidenti olmaq üçün İqtisadi Zonaların İnkişafı Agentliyinə logistika mərkəzinin təşkili, TIR parkı və daşıma xidmətinin qurulması, texniki xidmət mərkəzinin yaradılması, tikinti materiallarının, sintetik yuyucu və təmizləyici məhsulların istehsalı və s. sahələr üzrə 10-dan çox layihə təqdim edilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir