Aktyor Şon Penn bir ay içində ikinci dəfə Ukraynaya yollanıb – FOTO

Dünya

Amerikalı aktyor və kinorejissor Şon Penn CORE xeyriyyə təşkilatının baş direktoru Enn Li ilə birlikdə Ukraynanın Lvov şəhərinə yollanıb.

Bu barədə aktyor özünün “Twitter” səhifəsində yazıb.

 

Onlar Lvov vilayət administrasiyasının rəhbəri Maksim Kozitski ilə görüşüb və ukraynalı qaçqınlara yardım proqramlarının həyata keçirilməsini müzakirə ediblər.

Qeyd edək ki, Hollivud ulduzu təxminən bir ay əvvəl Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və Ukrayna hakimiyyətinə dəstəyini ifadə edib. “Oskar” mükafatı laureatı həmçinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi haqqında sənədli film çəkəcək.

Mənbə: RBK

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir