Ağstafada mikroavtobusla yük maşını toqquşub: Ölənlər və yaralananlar var – FOTO

Cəmiyyət

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Oxu.Az-ın məlumatına görə, “Mersedes Sprinter” markalı mikroavtobus yük maşını ilə toqquşub.

Baş verən qəza nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus Gəncə-Qazax xətti üzrə işləyirmiş.

Faktla bağlı araşdırmalara başlanılıb.

İlhamə Əbülfət

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir