Ağır yol-nəqliyyat hadisəsi: İki avtomobil toqquşdu, dörd nəfər yaralandı

Cəmiyyət

Yevlaxda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“102info.az”un məlumatına görə, hadisə Aran qəsəbəsi ərazisində qeydə alınıb.

“VAZ-2106” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar – Tərtər rayon sakinləri, 1992-ci il təvəllüdlü Əkbərli Tural Əjdər oğlu, 1990-cı il təvəllüdlü Quliyev Beyrək Asif oğlu və Yevlax rayon sakinləri, 1996-cı il təvəllüdlü İsmayılov Rəmzi Əkbər oğlu, 1991-ci il təvəllüdlü İsmayılov Anar Əkbər oğlu xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir