Ağdamda ağır yol qəzası olub, iki nəfər ağır xəsarət alıb – FOTO

Hadisə

Ağdamda iki avtomobil toqquşub iki nəfər ağır xəsarət alıb.

102info.az-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Bənövşələr qəsəbəsində baş verib.

Hərəkətdə olan “VAZ 2107” markalı 90 EU 281 dövlət qeydiyyat nömrəli avtomobil qarşıdan gələn “Toyota” markalı 02 BS 077 dövlət nömrəli avtomobillə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir