Ağacanov: “Azərbaycan Qarabağ ermənilərinin bütün kommunal problemlərini həll edə bilər”

Siyasət

Qarabağda yaşayan ermənilər Azərbaycanla dialoqa başlamalıdırlar, çünki bu, sabitlik və rifahın yeganə yoludur.

Bu sözlərin müəllifi Ermənistan və Azərbaycan arasındakı Vətəndaş Sülh Platformasının həmsədri Artur Ağacanovdur.

Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasının perspektivlərini şərh edər Artur Ağacanov deyib:

“Son günlər Qarabağda yaşayan ermənilər sosial şəbəkələrdə Xankəndiyə və ermənilərin məskunlaşdığı digər yaşayış məntəqələrinə qazın, işığın və suyun verilməsində yaranan problemlərdən yazırlar. Şübhəsiz ki, Azərbaycan bütün bu problemləri həll etməklə yanaşı, həm də Qarabağ ermənilərini işlə, layiqli yaşayış və firavan həyatla təmin edə bilər. Lakin yerli erməni əhalini öz yersiz və təhlükəli ambisiyalarının əsirində saxlayan bir qrup Qarabağ separatçısı buna mane olur”.

Artur Ağacanov bildirib ki, hazırda Qarabağ erməniləri nadir imkan əldə ediblər və onların taleyi İrəvandan və Qarabağ separatçılarının yerli “lider”lərindən asılı olmaya bilər.

A. Ağacanov həmçinin vurğulayıb ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak edən şəxslər Qarabağ ermənilərinin maraqlarını təmsil edə bilməzlər.

“Bu adamlar Qarabağ ermənilərini uçuruma aparırlar, ona görə də Azərbaycana qarşı hərbi cinayətlərlə əlaqəsi olmayan şəxslərin önə çıxması çox vacibdir. Bu, etimad şəraitində dialoqun qurulmasının və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasının yeganə yoludur. Bu, sülhə və sabitliyə aparan yeganə yoldur və buna məhəl qoymamaq Qarabağ ermənilərini “miatsum” və qondarma “böyük Ermənistan” kimi aldadıcı ideyaların əsirinə çevirmək deməkdir”, – deyə Artur Ağacanov fikrini tamamlayıb.

Mənbə: İnterfaks

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir