ABŞ səfirliyində Novruz Bayramı qeyd olunub – FOTO

Cəmiyyət

Dünya azərbaycanlılarının Novruz bayramını qeyd etdikləri zamanda, Səfirliyin icması da bayram yeməklərinin dadına baxmaq, musiqidən həzz almaq, ötən ilin çətinlikləri haqqında düşünmək və gələcəyə dair niyyətlərini müəyyən etmək üçün bir araya gəlib. 

Bu fikirləri ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib.

Bildirilib ki, bu il hər iki ölkə üçün çox əlamətdardır, çünki ABŞ və Azərbaycan diplomatik münasibətlərin 30 illiyini qeyd edirlər. 

“Dünyada yeni çağırışlara baxmayaraq, Novruzun zəngin mədəni ənənələri bizə daha yaxşı dünya qurmaq üçün birgə öhdəliyimizi xatırladır. Novruz Bayramınız mübarək!” – deyə, qeyd edilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir