Səfir Litzenberger Şəkiyə səfər edərək Azərbaycanda yeni yaradılan Amerika guşəsinin açılışında iştirak etməkdən məmnun olduğunu bildirib.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, açılış lentini kəsərkən səfir qeyd edib ki, Amerika guşələri habelə xalqlarımız arasında olan əlaqələr Amerikanın Azərbaycan vətəndaşları ilə əlaqələrinin təməl daşıdır.
Səfirlik Azərbaycandakı 6-cı guşənin idarəçiliyi sahəsində Azərbaycanın Dövlət Pedaqoji Universitetinin Şəki filialı ilə əməkdaşlıq etməkdən qürur duyur.
www.102info.az
