ABŞ kəşfiyyatı: Rusiya Ukraynada 7 000-dən çox hərbçisini itirib

Dünya

Rusiya Ukraynada 22 gündür davam edən hərbi əməliyyatlar nəticəsində 7 000-dən çox hərbçisini itirib.

Bu barədə ABŞ kəşfiyyatı məlumat yayıb.

Bundan əlavə, Pentaqon nümayəndələrinin məlumatına görə, Rusiya ordusunda 14 mindən 21 minə qədər yaralı var. 

Məlumatın davamında qeyd olunur ki,  ABŞ kəşfiyyatının məlumatları, rəsmi tərəflərin rəqəmləri, peyk şəkilləri və rus qoşunlarının atəşə tutulması videoları əsasında tərtib edilib.

ABŞ rəsmiləri hesab edir ki, üç həftəlik döyüş əməliyyatlarında ölənlərin sayı heyrətləndiricidir və Rusiya ordusunun döyüş qabiliyyətinə ciddi təsir göstərir.

Pentaqon qeyd edir ki, ölənlərin sayındakı artım Rusiya ordusunun döyüşləri davam etdirmək istəyini sarsıda bilər.

“Rusların texnikalarını ataraq meşələrdə gizləndiyi barədə məlumatlar var”, – anonim mənbə iddia edir.

Ukrayna tərəfinin martın 16-na olan məlumatına görə, Rusiyanın Ukrayna ilə müharibədəki döyüş itkiləri təxminən 13 800 nəfər təşkil edir.

Məlumatda həmçinin qeyd olunurdu ki, fevralın 24-dən davam edən hərbi əməliyyatlar zamanı Rusiya ordusunun 430 tankı, 1 375 zirehli döyüş maşını və 190 artilleriya sistemi sıradan çıxarılıb.

Mənbə: The New York Times

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir