“44 gün əsgər Rəşadla”: “Qubadlıda Qaçaq Nəbinin qəbrini tapdıq” – VİDEO

Müharibə

“Vətən müharibəsində Laçına girən ilk beş nəfərdən biri oldum”. 

Bunu Baku TV-də yayımlanan “44 gün əsgər Rəşadla” verilişində Qarabağ qazisi İbad Novruzzadə deyib. 

Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edən qazi düşmənin pusqularından və Azərbaycan Ordusunun həmin pusquları peşəkarlıqla dəf etməsindən danışıb. 

“Səhərə yaxın idi, hava hələ açılmamışdı. Komandir əmr verdi ki, sürücülər işığı söndürsünlər. Çünki düşmənin Cəbrayıla girdiyimizdən xəbəri yox idi”, – deyə o qeyd edib. 

Qazi həmçinin yerinə yetirdikləri ən çətin döyüş əməliyyatlarından, Qubadlıda Qaçaq Nəbinin qəbrini tapmalarından da bəhs edib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir