24 min manatlıq oğurluq: Üç nəfər SAXLANILDI

Kriminal

Martın 16-da Şirvan şəhər ərazisindəki zavodun anbarından 24000 manat dəyərində təzyiqli hava aparatının əl tapançası, 10 ədəd yük avtomobilinin yanacaq filtiri, 20 metr mis naqil, avtomobil açar dəsti, 2 ədəd metal əritmə spiralı, 220 kiloqram mis hissə oğurlanıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Şirvan şəhər Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri R.Məmmədov, E.Bayramov və A.Zeynalov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir