101 yaşında lisey diplomu aldı

Dünya

ABŞ-ın Qərbi Virciniya ştatında yaşayan Merrill Pittman Kuper 101 yaşında arzuladığı lisey diplomunu əldə edib.

O, uğurlu karyera qursa da, orta məktəb diplomu olmadığı üçün həmişə peşmanlıq hissi keçirib.

Kuper 1934-1938-ciillər arasında Storer Kollecində təhsil alıb. Lakin maddi səbəblərdən təhsilini dayandırmalı olub.

Nəhayət 2018-ci ildə yaşlı adam “Jefferson County Schools”a daxil olmağı bacarıb.

Kuperə fəxri diplom ailəsinin də qatıldığı xüsusi buraxılış mərasimində təqdim edilib.

Mənbə: “Haber Global”

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir