Ərdəbil küçələrində plakatlar asıldı: “Türk dili rəsmi olsun” – VİDEO

Dünya

Güney azərbaycanlı milli fəallar Ərdəbil şəhərinin bir sıra küçələrində üzərinə “Türk dili rəsmi olsun!” yazılmış böyük plakatlar asıblar.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu addım “İRİB-3” televiziyasında keçirilən Novruz bayramı şənliyi zamanı Azərbaycan rəqs və musiqisinin yarıda dayandırılması və senzura tətbiq edilməsinə etiraz əlaməti olaraq atılıb.

Xatırladaq ki, Novruz bayramı münasibəti ilə keçirilən canlı yayımda İranda yaşayan bütün etnik xalqların milli rəqs və musiqiləri tam şəkildə icra edilsə də, Azərbaycan rəqs və musiqisi yarıda kəsilib və senzura tətbiq edilib.

“İRİB-3” telekanalının bu addımı Güney Azərbaycanda etirazlarla qarşılanıb. Etiraz edənlər arasında ərdəbilli müğənni Ayhan və “Aylan” rəqs ansamblı da olub.

 

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir