“Əl işi sənətində kreativliyin artırılması” mövzusunda 3 günlük seminarlara start verilib – FOTO

Cəmiyyət

“Gender Hub Azerbaijan” sosial platforması və “Baku Corner” ədalətli ticarət konsepsiyası tərəfindən “Əl işi sənətində kreativliyin artırılması” mövzusunda 3 günlük seminarlara start verilib

“Gender Hub Azerbaijan” sosial platforması və xeyriyyə məqsədləri ilə fəaliyyət göstərən “Baku Corner” ədalətli ticarət konsepsiyasının birgə əməkdaşlığı çərçivəsində “Əl işi sənətində kreativliyin artırılması” mövzusunda seminarların ilk günü başa çatıb.

Keçiriləcək seminarların əsas məqsədi əl işi sənəti ilə məşğul olan qadınların çağdaş dəblə tanış olmalarını təmin etməklə onların daha geniş alıcı kütləsinə çıxış əldə etmələrinə, bununla da iqtisadi gücləndirilmələrinə dəstək olmaqdır.

Həyat kouçu və kinesioloq Erk Senmanın moderatorluğu ilə həyata keçirilən seminarın ilk günündə gündəlik həyatda mövcud dəb ideyaları, onların daha estetik təzahür yolları, kreativ əl işi sənətinin yaradılmasında əsas diqqət olunmalı məqamlara toxunulub. 

Qeyd edək ki, seminarlar 17 və 18 mart tarixlərində də davam edəcək.
1. 17 Mart / saat 14:00 – 18:00
2. 18 Mart / saat 09:00 – 13:00

İştirak üçün aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz:
070 401 61 26 

Mail: genderhubazerbaijan@gmail.com

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir