Əhalinin banklarda nə qədər pulu var? – RƏSMİ

Cəmiyyət

Azərbaycan əhalisinin banklarda olan vəsaitlərinin həcmi açıqlanıb.

“Yeni Sabah” Mərkəzi Banka istinadən xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 17,5 faiz artaraq 2022-ci il fevral ayının 1-nə milli valyuta ekvivalentində 9 milyard 635,8 milyon manat təşkil edib.

Əmanətlərin 60,7 faizi milli, 39,3 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,5 faiz artıb, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 8,9 faiz azalıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir